Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb

Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb
Region
27 Yanvar , 2025 15:53
Gürcüstanın parlament sədri Aİ ölkələrinin səfirliklərini zorakılığı təşviq etməməyə çağırıb
Şalva Papuaşvili

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bütün ölkələri, xüsusən də ölkədə yerləşən Avropa İttifaqı (Aİ) ölkələrinin səfirliklərini, eləcə də Brüsseli siyasi motivlərlə zorakılığı təşviq etməməyə çağırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, o bu barədə Macarıstana rəsmi səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

Gürcüstan parlamentinin sədri Aİ rəsmilərinin Avropa dəyərlərinə riayət etməməsini tənqid edib. O, Brüsseldən gələn bəzi nümayəndələrin Gürcüstanda seçkiqabağı kampaniyalara açıq şəkildə müdaxilə etmələrini və bunun gürcü xalqının iradəsini əks etdirmədiyini bildirib.

Papuaşvili onların bu cür davranışlarını “Avropa dəyərlərindən uzaq” hesab edib.

Xatırladaq ki, yanvarın 24-də Aİ səfirləri Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyiblər. Bu qərar Avropa Komissiyasının təklifi ilə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi