​Gürcüstanda NATO-nun təlimləri başlayıb

​Gürcüstanda NATO-nun təlimləri başlayıb Təlimlərdə 500 gürcüstanlı, 650 amerikalı və 150 britaniyalı hərbçi iştirak edir
Region
11 May , 2016 12:44
​Gürcüstanda NATO-nun təlimləri başlayıb

Bakı. 11 may. REPORT.AZ/ Gürcüstanın Vaziani hərbi bazasında NATO-Gürcüstan "Layiqli tərəfdaş - 2016" adı atlında hərbi təlimlər başlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təlimlərdə iştirak etmək üçün 650 amerikalı və 150 britaniyalı hərbçi Tbilisiyə gəlib.

Təlimlərdə 500 gürcüstanlı hərbçi iştirak edir.

Xatırladaq ki, sayca ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26-da Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə ( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır. 

Son xəbərlər

Orphus sistemi