Gürcüstanda 3 etirazçı polislərə hücum və əmlaka zərər vurma faktı üzrə saxlanılıb

Gürcüstanda 3 etirazçı polislərə hücum və əmlaka zərər vurma faktı üzrə saxlanılıb Gürcüstanda parlament qarşısındakı etiraz aksiyasında 3 nəfər polislərə hücum və başqasının əmlakına zərər vurma faktı üzrə saxlanılıb.
Region
3 Dekabr , 2024 22:04
Gürcüstanda 3 etirazçı polislərə hücum və əmlaka zərər vurma faktı üzrə saxlanılıb

Gürcüstanda parlament qarşısındakı etiraz aksiyasında 3 nəfər polislərə hücum və başqasının əmlakına zərər vurma faktı üzrə saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, noyabrın 29-da Tbilisinin Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı şübhəlilərdən biri ictimai asayişi qorumaq üçün əraziyə yerləşdirilən Daxili Qoşunların əməkdaşlarına pirotexniki vasitə atıb. Nəticədə onlardan biri ayağından yanıq xəsarəti alıb.

“İstintaq həmçinin müəyyən edib ki, eyni gün ikinci şübhəli Fövqəladə Halların İdarə Olunması Mərkəzinin 112 nömrəli monitorinq sistemini yandırıb. Üçüncü şübhəli ilə isə 1 dekabrda etiraz aksiyası zamanı parlament binasının otaqlarından birini yandırıb, nəticədə əşyalar məhv edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dekabrın 1-də hər üç şübhəlini saxlayıb. Onlara qarşı Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə ittihamlar irəli sürülüb”, - məlumatda bildirilib.

İstintaq davam edir.

Son xəbərlər

Orphus sistemi