Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər

Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani erməni həmkarı Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.
Region
5 İyun , 2020 17:06
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani erməni həmkarı Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər söhbət zamanı bir daha koronavirusla bağlı mövcud vəziyyətə dair və virusun yayılmasının qarşısının alınması üçün hökumətlərin həyata keçirdiyi tədbirlər barədə informasiya mübadiləsi aparıblar.

D.Zalkaliani Gürcüstanın baş naziri adından bir daha Ermənistan tərəfinə koronavirusla mübarizədə kömək təklif edib.

Z.Mnatsakanyan Gürcüstan tərəfinə təklifə görə təşəkkür edərək dəstəyi yüksək qiymətləndirib. Tərəflər aktiv kommunikasiyanın davam etdirilməsinə dair razılıq əldə ediblər.

Danışıq zamanı həmçinin təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, pandemiya dövründə regional və qlobal təhlükəsizlik xüsusilə böyük əhəmiyyət kəsb edir.

XİN başçıları ikitərəfli və çoxtərəfli, həmçinin “Şərq Tərəfdaşlığı” formatında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.   

Son xəbərlər

Orphus sistemi