Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti qadağan edilib

Region
  • 25 noyabr, 2024
  • 16:02
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti qadağan edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti qadağan edilib.

"Report"un yerli bürosu xəbər verir ki, qadağalar qeyri-sabit hava şəraiti səbəbindən tətbiq edilib.

Digər növ nəqliyyat vasitələri üçün yol açıqdır.

Mleta-Qudauri sahəsində hərəkət maneəsiz davam edir, Qudauri-Kobi sahəsində isə yalnız tunellərdən istifadə edərək hərəkət mümkündür.