Gürcüstan prezidenti “Qafqaz sülh platforması”nın yaradılmasını təklif edib

Gürcüstan prezidenti “Qafqaz sülh platforması”nın yaradılmasını təklif edib Gürcüstan prezidenti Salome Zurabişvili “Qafqaz sülh platforması”nın yaradılması ideyası ilə çıxış edib.
Region
11 Dekabr , 2020 12:59
Gürcüstan prezidenti “Qafqaz sülh platforması”nın yaradılmasını təklif edib
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili “Qafqaz sülh platforması”nın yaradılması ideyası ilə çıxış edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, yeni təşəbbüs barədə yeni parlamentin ilk iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, platforma Qafqaz ölkələri, xarici aktorlar və beynəlxalq təşkilatları bir araya gətirə bilər: “Bu platforma birgə infrastruktur, iqtisadi və mədəni layihələrin həyata keçirilməsini asanlaşdıra bilər, həmçinin bölgənin nəqliyyat, kommunikasiya və energetika habı rolunu oynaması üçün potensialını gücləndirə bilər”.

S.Zurabişvili qeyd edib ki, bölgədə yeni reallıqları nəzərə alaraq Gürcüstan tarixi rolunu bərpa edərək Qafqazda birləşdirici funksiyasını yerinə yetirməlidir.

Son xəbərlər

Orphus sistemi