Bu gün Gürcüstanın Prezidenti Salome Zurabişvilinin doğum günüdür.
“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısının 70 yaşı tamam olur.
Qonşu ölkənin tarixinə ilk qadın prezident kimi düşmüş S.Zurabişvili 1952-ci ilin martın 18-də Parisdə anadan olub.
Xatırladaq ki, S.Zurabişvili 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışıb. Siyasi xadim 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildə isə Gürcüstanın xarici işlər naziri təyin edilib və 2005-ci ildə istefaya göndərilib. Həmin ildən başlayaraq S.Zurabişvili fəal siyasətlə məşğul olub.
O, 2010-cu ildə siyasətdən getsə də, sonradan siyasətə qayıdıb və 2018-ci ilin dekabrın 16-dan Gürcüstanın prezidentidir, bu ali vəzifəni 6 il müddətinə tutacaq.