Gürcüstan parlamentinin 6 deputatı hakim partiyadan istefa verib

Gürcüstan parlamentinin 6 deputatı hakim partiyadan istefa verib Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər
Region
14 Aprel , 2021 12:11
Gürcüstan parlamentinin 6 deputatı hakim partiyadan istefa verib

Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu G.Xocevanişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 6 parlamentari bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi