Gürcü siyasətçi Qərb ölkələrinin səfirlərini ikili standartda və cəmiyyəti parçalamaqda ittiham edib

Gürcü siyasətçi Qərb ölkələrinin səfirlərini ikili standartda və cəmiyyəti parçalamaqda ittiham edib Gürcüstanın “Xalq hakimiyyəti” partiyasının üzvü Tamar Çiburdanidze xarici ölkələrin səfirlərini (ABŞ, Latviya, Almaniya və Böyük Britaniya səfirləri - red.) ikili standartda və gürcü cəmiyyətini parçalamaqda ittiham edib.
Region
13 Dekabr , 2024 12:45
Gürcü siyasətçi Qərb ölkələrinin səfirlərini ikili standartda və cəmiyyəti parçalamaqda ittiham edib
Tamar Çiburdanidze

Gürcüstanın “Xalq hakimiyyəti” partiyasının üzvü Tamar Çiburdanidze xarici ölkələrin səfirlərini (ABŞ, Latviya, Almaniya və Böyük Britaniya səfirləri - red.) ikili standartda və gürcü cəmiyyətini parçalamaqda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə siyasətçinin fikirləri "imedinews.ge" saytında dərc olunub.

Ekspertin fikrincə, “TV First” telekanalının çəkiliş qrupuna baş çəkmək üçün klinikaya gələn səfirlərin davranışı təqdirəlayiq olsa da, digər televiziyaların çəkiliş qruplarına başqa klinikada baş çəkmək ədalətli və diplomatik olardı.

T.Çiburdanidze qeyd edib ki, Gürcüstandakı hazırkı proseslərin aktorlarının kimlər olduğu açıq görünür.

Onun sözlərinə görə, xarici səfirlərin məqsədi yalnız müxalifəti dəstəkləməkdir və bunu artıq gizlətmirlər.

Siyasətçi səfirləri gürcü cəmiyyətini parçalamaqda da ittiham edib.

“Jurnalistləri siyasi zəmində bölmək antidiplomatiyadır. Səfirlər inqilabın barrikadalarında dayanıblar”, - deyə T.Çiburdanidze əlavə edib.

Son xəbərlər

Orphus sistemi