Gürcü politoloq: Aksiyalarla, çevriliş cəhdləri ilə bizi sındırmaq mümkün olmayacaq

Gürcü politoloq: Aksiyalarla, çevriliş cəhdləri ilə bizi sındırmaq mümkün olmayacaq Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilin sonuna qədər dayandırması doğru bir qərardır.
Region
29 Noyabr , 2024 15:05
 Gürcü politoloq: Aksiyalarla, çevriliş cəhdləri ilə bizi sındırmaq mümkün olmayacaq
Levan Mamaladze

Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilin sonuna qədər dayandırması doğru bir qərardır.

Bu sözləri “Report”un yerli bürosuna Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, Gürcüstanın Aİ-yə inteqrasiyası uzun illərdir müzakirə edilir: “Lakin biz irəlilədikcə, Aİ tərəfindən daha sərt təzyiqlərlə, məntiqə sığmayan şərtlərlə qarşılaşdıq”.

Mərkəz rəhbəri onu da deyib ki, “Aİ-nin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvini tələb etməsi ən məntiqsiz yanaşmadır: Çünki hökumət xaricdən maliyyələşən bütün təşkilatların fəaliyyətlərini şəffaf şəkildə davam etdirməsini tələb edir. Aİ-nın digər məntiqə sığmayan təzyiqi isə Gürcüstanın qəbul etdiyi “Ailə dəyərlərinin qorunması” qərarı ilə bağlıdır. Aİ bu qərarın ləğvini tələb edir ki, LGBT təbliğatını daha rahat şəkildə yaya bilsin”.

Gürcüstanda keçirilən etiraz aksiyalarına toxunan L.Mamaladze bildirib ki, gürcü xalqını bu aksiyalarla, çevriliş cəhdləri ilə sındırmaq mümkün olmayacaq: "Hazırkı Prezident Salome Zurabişvili əlindən gələn bütün pislikləri etmək istəyir. O, sanki Gürcüstanın Prezidenti yox, ABŞ, Fransa və digər Avropa ölkələrinin buradakı əlaltısıdır. Amma bilməlidir ki, mitinqdə iştirak etməklə heç bir uğur qazana bilməyəcək.

Bir neçə həftə sonra da artıq Gürcüstanda yeni prezident seçiləcək, namizəd də təqdim edilib. Yeni seçki sistemi vasitəsilə prezident seçiləcək və Qərbin bütün oyunları dekabrda yekunlaşacaq”.

Son xəbərlər

Orphus sistemi