Gürcü ekspert: “Tbilisi-Moskva münasibətləri mütləq normal məcraya daxil olacaq”

Gürcü ekspert: “Tbilisi-Moskva münasibətləri mütləq normal məcraya daxil olacaq” “Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşması mütləq baş verəcək. Çünki həmişə müharibədən sonra sülh, münaqişədən sonra əməkdaşlıq başlayır”.
Region
21 Yanvar , 2022 15:50
Gürcü ekspert: “Tbilisi-Moskva münasibətləri mütləq normal məcraya daxil olacaq”

“Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşması mütləq baş verəcək. Çünki həmişə müharibədən sonra sülh, münaqişədən sonra əməkdaşlıq başlayır”.

Bu fikirləri “Report”un yerli bürosuna müsahibəsində Gürcüstanın aparıcı eksperti, ölkənin Rusiyadakı keçmiş səfiri (2004-2005) Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, normallaşmanın mümkünlüyünün hansı şərt və prinsiplər əsasında baş verəcəyi önəmlidir: “Burada söhbət yalnız Rusiya və Gürcüstan arasında qarşılıqlı münasibətlərdən deyil, Rusiyanın üzləşdiyi problemlərdən gedir. Rusiyanın Baltikyanı ölkələrlə sərhədindən tutmuş Yaponiyaya qədər müxtəlif problemləri var. Hazırda bu problemlərin ən parlaq ifadə olunmuş nümayişi eskalasiyanın olduğu Ukrayna-Rusiya sərhədində müşahidə edilir”.

V.Çeçelaşvili qeyd edib ki, Gürcüstanın Rusiya ilə bir çox sahələrdə - investisiyalar, ticarət, mütəşəkkil cinayətkarlığa qarşı, separatizmlə mübarizədə üst-üstə düşən olduqca çox maraqları var: “Rusiya-Gürcüstan münasibətlərinin mütləq normallaşacağına əminəm, lakin bunun perspektivlərini beynəlxalq münasibətlərin daha geniş mənzərəsindən kənarda görmürəm. Yəni bu proses Rusiyanın bütün problemlərini yoluna qoymasının tərkib hissəsi olacaq. Bu kontekstdə əlbəttə ki, Rusiya və Gürcüstan arasında münasibətlərin mütləq normal məcraya daxil olacağına inanıram”.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Tbilisi ilə münasibətləri normallaşdırmaq istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi