“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik

“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik “Bu gün Gürcüstan əhalisində ruh yüksəkliyi var. Bunun da bir çox səbəbləri var. Bu yüksək əhval-ruhiyyəni “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası yaradıb. Bizim partiya 12 ildir hakimiyyətdədir və bu dövr ərzində ölkəmizdə sülh, əmin-amanlıq qorunu
Region
22 Oktyabr , 2024 10:12
“Gürcü Arzusunun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
David Şerazadaşvili

Bizi maraqlandıran yalnız sülhdür və kənardan, eləcə də müxalif qüvvələrin təsirinə yol verməməliyik.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Bolnisi rayonunun sabiq meri, deputatlığa namizəd David Şerazadaşvili bildirib.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro (Ağbulaq) və Çalka üzrə təmsilçisi seçilən D.Şerazadaşvili uzun müddət Bolnisi rayonunun yerli özünü idarəetmə orqanında və mer vəzifəsində çalışıb.

Onun sözlərinə görə, “Gürcü Arzusu” tərəfindən son 12 il ərzində əhalinin sosial-rifahının yaxşılaşdırılması üçün bir çox layihələr həyata keçirilib:

"Bolnisi bələdiyyəsi çoxmillətliliyi ilə fərqlənir və böyük hissəsini azərbaycanlılar təşkil edir. Bizim qardaşlıq, dostluq, bir-birimizə hörmət çərçivəsində yaşamağımız əsrlərə dayanır. Ailə dəyərlərimizə hörməti bu günə qədər qoruyub saxlamışıq. Məhz bu sadiq seçicilərimiz sayəsində oktyabrın 26-da keçiriləcək parlament seçkilərində layiqli şəkildə qalib gələrək stabil, sülh və əmin-amanlıq içində yaşamağa davam edəcəyik”.

D.Şerazadaşvili deyib ki, dünyada gedən prosesləri, qlobal vəziyyəti hamı yaxşı bilir.

"Bu gün Rusiya - Ukrayna müharibəsinin acı nəticələrini görürük. Bizi maraqlandıran yalnız sülhdür və kənardan, eləcə də müxalif qüvvələrin təsirinə yol verməməliyik. Biz ailə dəyərlərimizə zidd olan LGBT və digər bunabənzər digər ünsürləri, onları nümayiş etdirdiyi həyatı tanıya bilmərik. Bizim öz əxlaq və milli mental dəyərlərimiz var. Avropa Birliyi, ABŞ və digər qüvvələrin təzyiq və təqiblərinə baxmayaraq, bu dəyərlərə qiymət verən gürcü xalqı mənfi ünsürlərə qarşı öz sözünü deyəcək”, – D.Şerazadaşvili vurğulayıb.

Ölkəsinin regional əməkdaşlıq və mehriban qonşuluq siyasətinə toxunan siyasətçi bildirib:

“Bizim bütün ölkələrlə yaxın dostluq münasibətlərimiz var. Qonşu və dost Azərbaycan xalqı və dövləti ilə əlaqələrimiz isə bir qədər fərqlidir. Bizi, eyni zamanda, strateji tərəfdaşıq. Əlaqələrimiz başqa ölkələr üçün də nümunədir. Hökumət və dövlət başçılarımızın həyata keçirdikləri məqsədyönlü siyasət nəticəsində birliyimiz və qardaşlığımız daha da möhkəmlənib. Hər iki ölkənin inkişafı üçün fikirlərimiz, mövqelərimiz eynidir. Biz birlikdə regionda da əmin-amanlığı qorumalıyıq”.

Son xəbərlər

Orphus sistemi