Güclü yağış nəticəsində Ankarada metrostansiyanı su basıb

Güclü yağış nəticəsində Ankarada metrostansiyanı su basıb Türkiyə paytaxtında yağan leysan yağışı daşqınlara səbəb olub, metronun “Sıhhiye” stansiyasını su basıb. “Report” bu barədə yerli mətbuata istinadən xəbər verir.
Region
11 iyun 2023 20:38
Güclü yağış nəticəsində Ankarada metrostansiyanı su basıb

Türkiyə paytaxtında yağan leysan yağışı daşqınlara səbəb olub, metronun “Sıhhiye” stansiyasını su basıb.

“Report” bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, sərnişinlər təxliyə edilib.

“TRT Haber”in məlumatına görə, küçə və məhəllələr göllərə çevrilib, avtomobillər su altında qalıb. Eyni zamanda, günorta saatlarından şəhərdə yağan yağış daha da intensivləşib.

Zərərçəkənlər barədə məlumat verilmir.

Daha əvvəl Türkiyə Meteorologiya İdarəsi 20 vilayətdə sarı təhlükə səviyyəsi elan edib.

Afyonkarahisar, Amasya, Ankara, Antalya, Burdur, Kankırı, Korum, İsparta, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niqde, Sivas, Tokat, Yozgat, Aksaray, Karaman və digər vilayətlərdə sarı təhlükə səviyyəsi elan edilib.

Son xəbərlər

Orphus sistemi