Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib Dağıstanın paytaxtı Mahaçqalanın Korkmasova küçəsində hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər sakinlərindən evdə qalmağı və küçəyə çıxmamağı xahiş ediblər.
Region
26 İyun , 2024 00:13
Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib

Dağıstanın paytaxtı Mahaçqalanın Korkmasova küçəsində baş vermiş hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər sakinlərindən evdə qalmağı və küçəyə çıxmamağı xahiş ediblər.

“Report”un məlumatına görə, bu barədə “Exo Dağıstan” telegram kanalı xəbər yayıb.

Yayılan videogörüntülərdən görünür ki, səsgücləndiricilərdən istifadə edən polis sakinləri evlərini tərk etməməyi, küçədə olanları isə ərazini qısa zamanda tərk etməyi xahiş edir.

Eyni zamanda məlum olub ki, hadisə baş verən ərazidə əlində silah olan bir kişi görünüb. Məhz bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib.

Qeyd edək ki, daha əvvəl Mahaçqalanın mərkəzində atışma baş verib.

Yerli teleqram kanalları bildirib ki, şəhərdə, Universitet meydanı yaxınlığında pulemyotlarla silahlanmış polis əməkdaşları ərazini mühasirəyə alıb və cinayətkarların tutulması üçün əməliyyat keçirirlər.

Son xəbərlər

Orphus sistemi