GUAM Baltikyanı ölkələrlə əməkdaşlığı fəallaşdıracaq

GUAM Baltikyanı ölkələrlə əməkdaşlığı fəallaşdıracaq GUAM PA-nın videokonfrans formatında 15-ci Büro iclası keçirilib
Region
10 Fevral , 2021 18:50
GUAM Baltikyanı ölkələrlə əməkdaşlığı fəallaşdıracaq

Gürcüstan nümayəndə heyəti GUAM Parlament Assambleyasının (PA) bu gün videokonfrans formatında keçirilən 15-ci Büro iclasında iştirak edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidmətindən bildirilib.

Toplantıya Gürcüstanın PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Xelaşvili, vitse-spiker Kaxa Kuçava, deputatlar - Kaxa Kaxişvili, David Matikaşvili, İrakli Zarkua və Levan Mqaloblişvili qatılıblar.

Müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Tərəflər regionun gələcək iqtisadi və demokratik inkişafı üçün münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını vurğulayıblar.

G.Xelaşvili Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət barədə danışıb. O, Tsxinvali bölgəsində qanunsuz rejim tərəfindən Gürcüstan vətəndaşı Zaza Qaxeladzenin saxlanılması məsələsinə də toxunub.

İclasda COVID-19 pandemiyası ilə mübarizə təcrübələri barədə də fikir mübadiləsi aparılıb.

Parlament üzvləri həmçinin GUAM təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi və birgə layihələrin inkişafını da müzakirə ediblər.

Qeyd olunub ki, GUAM ölkələri arasında azad ticarət və nəqliyyat dəhlizinin potensialı effektiv istifadə olunur. Söhbət zamanı konkret sahələr üzrə Baltikyanı ölkələrlə əməkdaşlığın fəallaşdırılması barədə də söz açılıb.

Son xəbərlər

Orphus sistemi