Giqa Bokeriya: “Gürcüstan hakimiyyəti Ermənistana silah ötürülməsi ilə bağlı izahat verməlidir”

Giqa Bokeriya: “Gürcüstan hakimiyyəti Ermənistana silah ötürülməsi ilə bağlı izahat verməlidir” “Azərbaycan mətbuatının Serbiyadan minomyotların Ermənistana Gürcüstan vasitəsilə çatdırılması barədə məlumatları həqiqət olarsa, bu, Gürcüstan və onun vətəndaşlarının həyatı əhəmiyyətli maraqlarına qarşı addım kimi qiymətləndiriləcək”.
Region
20 İyul , 2020 18:52
Giqa Bokeriya: “Gürcüstan hakimiyyəti Ermənistana silah ötürülməsi ilə bağlı izahat verməlidir”

“Azərbaycan mətbuatının Serbiyadan minomyotların Ermənistana Gürcüstan vasitəsilə çatdırılması barədə məlumatları həqiqət olarsa, bu, Gürcüstan və onun vətəndaşlarının həyatı əhəmiyyətli maraqlarına qarşı addım kimi qiymətləndiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

Onun sözlərinə görə, informasiyalar yalnışdırsa, hakimiyyət problemi aradan qaldırmaq üçün dərhal reaksiya verməlidir: “Gürcüstan qonşuluqdakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bizim bu qarşıdurmanın hansısa formada alovlandırmağımız yolverilməzdir. Gürcüstan hakimiyyəti yayılan məlumatların yalan olması barədə beynəlxalq ictimaiyyəti və tərəfdaşımız Azərbaycanı inandırmalıdır”.   

Son xəbərlər

Orphus sistemi