Gələn ay Türk dövlətlərinin parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək

Gələn ay Türk dövlətlərinin parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək Gələn ay Türk dövlətlərinin parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək
Region
11 aprel 2025 17:04
Gələn ay Türk dövlətlərinin parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək
Əhliman Əmiraslanov

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin parlamentlərarası dostluq qruplarının mayın 5-6-da İstanbulda toplantısı keçiriləcək.

Bunu Antalya Diplomatik Forumunda iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.

O deyib ki, ilk dəfə keçiriləcək bu toplantı bütövlükdə Türk dövlətlərinin üzləşdikləri problemlərin müzakirəsini və həll yollarını hədəfləyir:

“Xüsusilə, Türk dövlətləri parlamentlərinin fəaliyyətinin koordinasiyasını, gələcəkdə daha səmərəli fəaliyyətləri müzakirə edəcəyik. TDT-yə üzv dövlətlərin üzləşdikləri problemləri, o cümlədən Azərbaycanın Qafqazda sabitliyin bərpası, Ermənistanla sülh müqaviləsi üçün göstərdiyi cəhdlər, Qərbi azərbaycanlıların öz vətənlərinə dönmələri məsələlərinin bu toplantıda gündəmə gətirilməsi və həlli yolları ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur”.

Deputat bildirib ki, bu formatda olan ikinci toplantıya Azərbaycanın ev sahibliyi edəcəyi planlaşdırılır.

Orphus sistemi