FT: Moskva və Kiyev enerji obyektlərinə hücumların dayandırılması barədə müzakirələr aparır

FT: Moskva və Kiyev enerji obyektlərinə hücumların dayandırılması barədə müzakirələr aparır Rusiya və Ukrayna Qətərin vasitəçiliyi ilə “bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması barədə ilkin müzakirələrə” başlayıb.
Region
30 Oktyabr , 2024 04:34
FT: Moskva və Kiyev enerji obyektlərinə hücumların dayandırılması barədə müzakirələr aparır

Rusiya və Ukrayna Qətərin vasitəçiliyi ilə “bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması barədə ilkin müzakirələrə” başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazıb.

Nəşr qeyd edib ki, danışıqların gedişatı ilə tanış olan diplomat bunları “nəyinsə potensial bərpası haqqında çox erkən danışıqlar” adlandırıb.

Avqustda bir çox Qərb mediası xəbər vermişdi ki, Rusiya və Ukrayna, həmçinin Qətərin vasitəçiliyi ilə enerji infrastrukturuna – Rusiya tərəfindən Ukraynadakı elektrik stansiyalarına və Ukrayna tərəfindən neft sənayesinə hücumların dayandırılması barədə danışıqlara başlamağı müzakirə ediblər. Bu nəşrlərin məlumatına görə, Ukrayna Kursk vilayətinə müdaxilə etdikdən sonra Rusiya bu cür danışıqlara başlamaqdan imtina edib.

Oktyabrda Ukrayna Prezidenti Volodımır Zelenski bildirmişdi ki, Rusiya ilə belə bir razılaşma onun müharibənin qaynar fazasını bitirməyə hazır olduğunu göstərə bilər.

Son xəbərlər

Orphus sistemi