“Forbes” 2022-ci ildə ən çox kapital itirən rusiyalı milyarderlərin adını açıqlayıb

“Forbes” 2022-ci ildə ən çox kapital itirən rusiyalı milyarderlərin adını açıqlayıb “Forbes” jurnalı 2022-ci ildə ən çox maliyyə vəsaiti itirən 10 rusiyalı milyarderin adını açıqlayıb.
Region
10 Yanvar , 2023 14:01
“Forbes” 2022-ci ildə ən çox kapital itirən rusiyalı milyarderlərin adını açıqlayıb

“Forbes” jurnalı 2022-ci ildə ən çox maliyyə vəsaiti itirən 10 rusiyalı milyarderin adını açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, siyahıya “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov və onun ailəsi başçılıq edir.

Bildirilib ki, A.Mordaşov və onun ailəsinin sərvəti son bir ildə 11,1 milyard dollar azalaraq 18,4 milyard dollara düşüb.

Ümumiyyətlə, Rusiyanın qara metallurgiya sahəsi Qərbin sanksiyalarından ən çox təsirlənən sektorlardan birinə çevrilib.

“Wildberries” marketpleysin təsisçisi Tatyana Bakalçuk ikinci yerdə qərarlaşıb. Onun sərvəti 2022-ci il ​​ərzində 8,3 milyard dollar azalaraq 4,7 milyard dollar təşkil edib. Reytinqdə üçüncü yeri Oleq Tinkov tutur. O, 5,9 milyard dollar itirib. NəticədəTinkovun sərvəti 0,87 milyard dollara enib.

“Forbes” jurnalının tərtib etdiyi siyahıda Roman Abramoviç (onun sərvəti 5,6 milyard azalaraq 8,7 milyard dollara qədər), “Lukoyl”un rəhbəri və əsas sahibi Vahid Ələkbərovun da (5,1 milyard azalaraq 21 milyarda qədər) adları var.

Son xəbərlər

Orphus sistemi