Ermənistanda İkinci Qarabağ müharibəsindən sonrakı etirazlarla bağlı cinayət işi bağlanır

Ermənistanda İkinci Qarabağ müharibəsindən sonrakı etirazlarla bağlı cinayət işi bağlanır Ermənistanda 3 illik istintaqdan sonra 9 noyabr iğtişaşlarının 10-dan çox iştirakçısına qarşı cinayət işi bağlanır.
Region
9 noyabr 2023 06:52
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonrakı etirazlarla bağlı cinayət işi bağlanır

Ermənistanda 3 illik istintaqdan sonra 9 noyabr iğtişaşlarının 10-dan çox iştirakçısına qarşı açılan cinayət işi bağlanır.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, buna səbəb dəlil çatışmazlığıdır.

Qeyd edək ki, 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalayıb. Bundan sonra İrəvanın mərkəzi küçələrində iğtişaşlarla müşayiət olunan etirazlar başlamışdı. Etirazçılar parlament binasına soxularaq ovaxtkı spiker Ararat Mirzoyanı döymüşdülər.

Son xəbərlər

Orphus sistemi