Ermənistanın XİN başçısı Gürcüstanda regional məsələləri müzakirə edəcək

Ermənistanın XİN başçısı Gürcüstanda regional məsələləri müzakirə edəcək Ermənistan xarici işlər naziri Aratat Mirzoyan bu gün Gürcüstana səfər edəcək.
Region
29 Mart , 2022 10:35
Ermənistanın XİN başçısı Gürcüstanda regional məsələləri müzakirə edəcək
Aratat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana işgüzar səfəri zamanı regional məsələləri müzakirə edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və gürcü həmkarı David Zalkaliani ilə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlərin geniş spektri və onların inkişaf perspektivlərinin müzakirəsi aparılacaq. Bundan başqa, regiondakı çağırışlar və önəmli qlobal problemlər də diqqət mərkəzində olacaq.

09:19

Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan bu gün Gürcüstana səfər edəcək.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və gürcü həmkarı David Zalkaliani ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi