Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatdı Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər virusdan ölüb.
Region
30 Aprel , 2020 10:40
Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatdı
0 : 00
0 : 00

Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər virusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 066-ya yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 32 nəfər ölüb. Bundan başqa, indiyədək 923 nəfər koronavirusdan sağalıb.

Bildirilib ki, yeni ölənlərin hər ikisi kişidir. Ölən 47 yaşlı kişidə xronik xəstəlik olsa da, 69 yaşlı şəxsdə başqa xəstəliyə rast gəlinməyib. 

Qeyd edək ki, aprelin 29-na olan məlumata görə, ölkədə bir gündə 65 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 221 000-i ötüb. Bunların 1 005 217 nəfəri sağalıb, 228 263 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi