Ermənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdı Ermənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.
Region
29 Aprel , 2020 10:59
Ermənistanda koronavirusa yoluxanların sayı 1 932-yə çatdı
0 : 00
0 : 00

Ermənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 932-yə yüksəlib.

Məlumata görə, ölkədə virusdan ümumilikdə 30 nəfər ölüb.

Qeyd edək ki, aprelin 28-nə olan məlumata görə, ölkədə bir gündə 59 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 959 224 nəfəri sağalıb, 218 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi