Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrlə polis arasında toqquşma baş verib - YENİLƏNİB

Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrlə polis arasında toqquşma baş verib - YENİLƏNİB Tələbələr parlamentə gedən yolu bağlayıb
Region
15 Noyabr , 2017 13:20
Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrlə polis arasında toqquşma baş verib - YENİLƏNİB

Bakı. 15 noyabr. REPORT.AZ/ Ermənistanda tələbələrin parlamentin binası qarşısında keçirdikləri aksiyaya başqa tələbələr də qoşulub.  

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan Dövlət Universitetinin aclıq edən 4 tələbəsi də aksiyanı dayandıraraq ölkə parlamentinin qarşısındakı mitinqə qoşulublar.


*** 12:39

Ermənistan parlamentinin binası qarşısında hərbi xidmətə getmək istəməyən tələblərlə polis arasında toqquşma baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, tələbələr parlamentə gedən yolu bağlayıb.

Polis güc tətbiq etməklə yolu açmağa çalışsa da hələlik buna nail ola bilməyib.

Qeyd edək ki, Ermənistan parlamenti noyabrın 15-də “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsini ikinici oxunuşda qəbul edib. Səsvermənin nəticələrinə etiraz edən tələbələr parlamentin binası qarşısında səssiz etiraz aksiyasına başlayıblar.

Xatırladaq ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Ötən gün Yerevan Dövlət Universitetinin 5 tələbəsi qanun layihəsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb, bir qrup tələbə isə Yerevan Dövlət Universitetinin qarşısında oturaq aksiya keçirib. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunduqdan sonra ölkə prezidenti tərəfindən imzalanacaq və qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi