Ermənistanda hərbi hissə rəhbərliyinə benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb

Region
  • 30 avqust, 2016
  • 22:41
Ermənistanda hərbi hissə rəhbərliyinə benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Ermənistanda "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Rudik Qriqoryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

"Report"un məlumatına görə, bu barədə "News.am" məhkəmə departamentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumata görə, polkovnik-leytenant Rudik Qriqoryan öz müavini, mayor Levon Qabrielyana hərbi hissənin avtomobil nəqliyyatının balansında olan xərclərini gizlətmək üçün guya daha çox benzindən istifadə olunduğunu sənədləşmə işlərində qeyd etməyi tapşırıb.

Nəticədə 3 mln. 962 min dram məbləğində benzin sənədlərə əsassız şəkildə yazılıb. Bundan başqa, hərbi hissəyə gətirilmiş quru süd və balıq konservlərinin də yoxa çıxması məlum olub.

Rudik Qriqoryana qarşı Cinayət Məcəlləsinin 375-ci və 314-cü maddələrinin müvafiq bəndləri üzrə ittihamlar irəli sürülüb.

Eyni iş üzrə adı keçən hərbi hissənin zabiti Makiç Adamyana da qarşı Cinayət Məcəlləsinin 314-ci və 375-ci maddələri üzrə ittihamlar irəli sürülüb. Hər üç şəxsdən başqa yerə getməmək haqqında iltizam alınıb və onlar məhkəməyə qədər sərbəst buraxılıblar.

İş məhkəməyə göndərilib 

44 filmi