Ermənistanın hər altı sakinindən biri sonsuzluqdan əziyyət çəkir

Ermənistanın hər altı sakinindən biri sonsuzluqdan əziyyət çəkir Rəsmi statistikaya əsasən, Ermənistanda hər altı sakindən biri sonsuzluq problemi ilə üzləşib.
Region
12 İyun , 2023 01:16
Ermənistanın hər altı sakinindən biri sonsuzluqdan əziyyət çəkir

Rəsmi statistikaya əsasən, Ermənistanda hər altı sakindən biri sonsuzluq problemi ilə üzləşib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Ermənistanda, xüsusən də son illər sonsuzluq diaqnozu halları tez-tez qeydə alınır və ölüm səviyyəsi, xalqın qocalığı, miqrasiya ilə bağlı problemlər fonunda bu, demoqrafiya üçün daha bir ciddi problemdir. Vəziyyəti ən aydın şəkildə rəsmi statistika göstərir: son məlumatlara görə, Ermənistanda sonsuzluq səviyyəsi 16,5 % təşkil edir, Ümumdünya Səhiyyə Təşkilatı isə 15 %-i istənilən dövlət üçün kritik hesab edir.

Son xəbərlər

Orphus sistemi