Ermənistanda 11 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
- 14 avqust, 2023
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, meyitlərin məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisənin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Həmçinin qeyd olunub ki, qəza nəticəsində yaralanan 6 nəfərdən 5-i Gümrü tibb mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.
Onların durumunun ağır olduğu bildirilir.
Hazırda istintaq aparılır.
08.39
Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib.
Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.
Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.
Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.