Ermənistan parlamentinin iclası baş tutmayıb

Ermənistan parlamentinin iclası baş tutmayıb İclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib
Region
10 Aprel , 2017 13:48
Ermənistan parlamentinin iclası baş tutmayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Yetərsay olmadığından Ermənistan parlamentinin 5-ci çağırış 11-ci sessiyası keçirilməyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, iclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib.

İnformasiyaya əsasən, sessiyanın keçirilməsi üçün 66 deputat iştirak etməlidir.

Qeyd edək ki, martın 20-23-də də yetərsay olmadığından parlamentin iclası baş tutmamışdı. 

Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi