Ermənistan müxalifəti ümumermənistan tətili elan edib

Ermənistan müxalifəti ümumermənistan tətili elan edib Həfətinin ikinci günündən ümumermənistan üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır.
Region
1593
19 Dekabr , 2020 17:57
Ermənistan müxalifəti ümumermənistan tətili elan edib

"Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:

“Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.

Son xəbərlər

Orphus sistemi