Ermənistan müxalifəti bu gün Paşinyanın qarşısını kəsməyə çalışacaq

Ermənistan müxalifəti bu gün Paşinyanın qarşısını kəsməyə çalışacaq Ermənistanın müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın fəalları bu gün yerli vaxtla saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşacaq
Region
257
13 Mart , 2021 06:59
Ermənistan müxalifəti bu gün Paşinyanın qarşısını kəsməyə çalışacaq

Ermənistanın müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın fəalları bu gün yerli vaxtla saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşacaq.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, müxalifət Xarici İşlər Nazirliyinə gələcək baş nazir Nikol Paşinyanın qarşısını kəsməyə çalışacaq.

"Hörmətli həmvətənlər, Nikol Paşinyan martın 13-də saat 12:30-da hökumət binalarının kompleksinin ikinci korpusuna - Xarici İşlər Nazirliyinə baş çəkməyə qərar verdi. O, martın 2-də - Diplomat Günündə bu ənənəni pozdu, Xarici İşlər Nazirliyinə baş çəkmədi, ancaq bunu martın 13-də etməyə qərar verdi. Biz yenidən “Nikolsuz Ermənistan” tələbimizi səsləndirmək üçün Xarici İşlər Nazirliyinin binası qarşısında onu qarşılayacağıq. Saat 12:00-da Xarici İşlər Nazirliyinin (Vazgen Sarkisyan 3, Hökumət Evi 2) binası qarşısında toplaşırıq", - bəyanatda qeyd edilir.

Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir. Müxalifət hökumət başçısının istefasını tələb edir.

Son xəbərlər

Orphus sistemi