Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb Faktla bağlı araşdırma aparılır
Region
22 Sentyabr , 2017 14:27
Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyinin 26 yaşlı zabiti David Tsturyan 13 yaşlı David Darbinyanı idarə etdiyi “VAZ-2121” markalı avtomobillə vuraraq öldürüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Tavuş rayonunun Verin Karmiraxbyro kəndində olub.

Hərbçinin vurduğu yeniyetmə kənddəki məktəbin 8-ci sinfində oxuyurmuş. O, yaralı halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi