Ermənistanda "Qara Pantera” hərbi təşkilatının rəhbəri saxlanılıb - YENİLƏNİB

Ermənistanda "Qara Pantera” hərbi təşkilatının rəhbəri saxlanılıb - YENİLƏNİB Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlayıb. Onlardan üçü artıq həbs edilib.
Region
18 Sentyabr , 2024 16:53
Ermənistanda Qara Pantera” hərbi təşkilatının rəhbəri saxlanılıb - YENİLƏNİB

Ermənistanda hakimiyyətin ələ keçirilməsi ilə bağlı həbs edilənlər arasında “Qara Pantera” hərbi təşkilatının rəhbəri Serob Qasparyan da var.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupun üzə çıxarılması barədə məlumat yayıb. Bu qrup, Ermənistan vətəndaşlarını Rostov-na-Donuda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Məqsəd onlara silahdan istifadə etməyi öyrətmək və s. olub. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilmiş şəxslərin bəziləri təlimlərdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar.

Xatırladaq ki, şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib, dördü isə axtarışa verilib. İstintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

11:03

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Digərləri axtarışa verilib.

Bildirilib ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, istintaq nəticəsində 7 vətəndaşın hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

Qrupun bəzi üzvləri Rostov-na-Dondakı “Arbat” bazasında təlim keçiblər.

Son xəbərlər

Orphus sistemi