Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb

Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.
Region
26 May , 2024 09:57
Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlanıb

Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunub ki, güclü yağışlar nəticəsində yol ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda Debed çayı məcrasından çıxaraq Alaverdi şəhərində olan evlərin həyət və zirzəmisini basıb. Vurğulanıb ki, hazırda kənd sakinləri evlərini tərk edə bilmirlər.

“Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə hərəkət edən qatarların hərəkətini baş verən torpaq sürüşməsi səbəbindən ləğv edib.

Son xəbərlər

Orphus sistemi