Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 03:53
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə İrlandiyada keçirilən danışıqların yekunlarına əsasən, müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinə hazırlıq getdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkədə yazıb.

"Biz bu həftə keçirilən bütün danışıqların yekunlarını müzakirə etmək üçün İrlandiyada Stiv Uitkoff və Cared Kuşnerlə görüşdük. İlk nəticə humanitar xarakter daşıyır: əsirlər azad ediləcək və biz bu müharibənin başlanğıcından bəri ən böyük əsir mübadiləsinin baş tutacağına ümid edirik", – Zelenski bildirib.

Onun sözlərinə görə, ikinci nəticə Avropa nümayəndələrinin diplomatik prosesə daha fəal cəlb olunmasıdır. Bu, onlara danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etmək imkanı verəcək.

"Ukrayna hər zaman bütün Avropanın maraqlarını müdafiə edir", – prezident vurğulayıb.

Zelenski, həmçinin yeni çoxtərəfli görüşlərə hazırlıq getdiyini və diplomatik fəaliyyətin davam etdiriləcəyini bildirib.

O, Ukraynaya dəstək göstərənlərə, Uitkoff və Kuşnerə intensiv müzakirələrə görə, İrlandiyaya isə Avropa Siyasi Birliyinin sammitinin yüksək səviyyədə təşkilinə və danışıqlara ev sahibliyi etdiyinə görə təşəkkür edib.

44 filmi