Ermənistan Baş Qərargah rəisinin müavininə cinayət işi açılıb - YENİLƏNİB

Ermənistan Baş Qərargah rəisinin müavininə cinayət işi açılıb - YENİLƏNİB Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur
Region
27 Aprel , 2021 13:15
Ermənistan Baş Qərargah rəisinin müavininə cinayət işi açılıb - YENİLƏNİB
Andranik Makaryan

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan barəsində cinayət işi başlanılıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

A.Makaryan yaşayış yerini tərk etməyəcəyinə dair yazılı iltizam imzalayıb.

O, Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi üzrə (rəisin və ya vəzifəli şəxsin hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində ciddi ziyan vurmaqla xidmətə laqeyd yanaşması) ittiham olunur.

A.Makaryana qarşı ittihamlar mart ayında irəli sürülüb.

09:56

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur.

“Report” xəbər verir ki, bunu ölkənin “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırığı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.

Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş “müdafiə nazir”i Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilir.

Son xəbərlər

Orphus sistemi