Erməni deputat ölkədə siqaretin istehsalı və satışı statistikasını qeyri-real adlandırıb

Erməni deputat ölkədə siqaretin istehsalı və satışı statistikasını qeyri-real adlandırıb Ermənistanda siqaretin istehsalı və satışı ilə bağlı rəsmi statistika obyektiv reallığı əks etdirmir.
Region
11 Dekabr , 2023 00:05
Erməni deputat ölkədə siqaretin istehsalı və satışı statistikasını qeyri-real adlandırıb

Ermənistanda siqaretin istehsalı və satışı ilə bağlı rəsmi statistika obyektiv reallığı əks etdirmir.

“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyan təxminən 3 il əvvəl qəbul edilmiş tütün əleyhinə qanunvericiliyin nəticələri barədə danışarkən deyib.

"Rəsmi məlumatlar əsasən tütün sənayesindəki vəziyyəti əks etdirir. Real istehlak həcmini təxmin etmək çox çətindir. Çox vaxt hesablamalar istehsal və satılan siqaretlərin sayına əsaslanır, lakin bu düzgün deyil. Ermənistan həm də tütün ixrac və idxal edir. Daha dəqiq desək, siqaret çəkənlərin sayı seçmə sorğular vasitəsilə müəyyən edilir”, - Torosyan deyib.

Biz hələ də dünyanın ən çox siqaret çəkən ölkələri sırasındayıq”, - keçmiş səhiyyə naziri etiraf edib.

"Mağazalarda tütün məmulatlarının satışı və təqdimatı ilə bağlı problemlər var. Mən burada da böyük boşluq müşahidə edirəm, xüsusən də elektron siqaretlərlə bağlı”, - Torosyan qeyd edib.

Deputat hesab edir ki, polis də vəziyyətə fəal nəzarət etmir.

Rəsmi məlumatlara görə, 2021-ci ildə Ermənistanda təxminən 24,6 milyon, 2022-ci ildə 28,6 milyon, 2023-cü ilin birinci yarısında isə 15,7 milyon ədəd siqaret istehsal edilib.

Son xəbərlər

Orphus sistemi