Ərdoğan Türkiyədə mafiyalara qarşı mübarizədən danışıb

Ərdoğan Türkiyədə mafiyalara qarşı mübarizədən danışıb “Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq"
Region
26 May , 2021 13:58
Ərdoğan Türkiyədə mafiyalara qarşı mübarizədən danışıb
Rəcəb Tayyib Ərdoğan

“Türkiyəni 19 ildə beynəlxalq mütəşəkkil cinayətkar agentlərdən təmizləyərək ölkəni təhlükəsiz vəziyyətə gətirdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq. Onların malik olduqları imkanları əllərindən alaraq bir-bir çökdürdük. Son 5 ildə belə dəstələrə qarşı 1 700-ə yaxın əməliyyat keçirildi. Narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olanların göz yaşlarına baxmadıq. Bu istiqamətdə 3,5 ildə 550 mindən artıq əməliyyat keçirilib və 85 nəfər tutulub. Əməliyyatlar nəticəsində onlardan dəyəri 63 milyard lirədən çox narkotik maddə müsadirə edilib”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi