Ərdoğan: Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi

Ərdoğan: Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.
Region
16 Fevral , 2024 17:37
Ərdoğan: Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi
Rəcəb Tayyib Ərdoğan

Şərqi Avropadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda keçirilən mitinqdə çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə davam edən müharibədə bir çoxundan fərqli olaraq, alova benzin tökməyib: “Əksinə, biz vasitəçilik üçün çalışdıq. Hərçənd ki, bizi də yanlış yola çəkmək istəyənlər var idi”.

R.T.Ərdoğan söyləyib ki, Ankara bu müharibədə Qərbin yox, ədalətin mövqeyindən çıxış edib: "Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik".

Türkiyə lideri bildirib ki, ölkəsinin xarici siyasət kursunun əsas istiqaməti dostların sayını artırmaqdır: "Dost və qardaş ölkələrlə isə əlaqələri gücləndirməliyik".

Son xəbərlər

Orphus sistemi