Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib

Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng edərək onu təbrik edib.
Region
7 iyun 2023 18:10
Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng vuraraq onu təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Ərdoğanın rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Prezident yeni qanunvericilik dövrünün uğurlu olmasını arzulayıb:

"Türkiyə Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Kurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram.

Mən ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi