Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək

Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.
Region
415
9 Fevral , 2021 22:30
Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli kosmik proqramın nümayiş olunması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, həmin ilin sonlarında kosmik raket Aya enəcək.

Ərdoğanın sözlərinə görə, Aya enmə respublikanın 100 illiyində həyata keçirilməlidir, hansı ki, 2023-cü ilin sonunda qeyd ediləcək. "İnanıram ki, Türkiyə mühəndisləri missiyanı yerinə yetirəcəklər", - dövlət başçısı deyib.

Bundan əlavə, prezident bildirib ki, Ankara ölkənin kosmosa giriş əldə etməsi üçün beynəlxalq kosmodrom yaratmaq niyyətindədir.

"Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır", - dövlət başçısı deyib.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Dövlət rəhbəri ölkəni qlobal kosmik yarışının ən yüksək liqasına aparacaq Milli kosmik proqram yol xəritəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Türkiyənin Yerdən məsafəli ilk zondlama peyki olan “İmece” inteqrasiya prosesi başa çatıb və sınaqları davam edir.

Son xəbərlər

Orphus sistemi