Ərdoğan Rusiyaya səfərə gedəcək

Ərdoğan Rusiyaya səfərə gedəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək
Region
26 İyul , 2022 17:00
Ərdoğan Rusiyaya səfərə gedəcək
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Türkiyə Prezidenti rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Qarşıdan gələn səfərin gündəliyinə Rusiyanın Ukraynadakı müharibəsi və regiondakı digər proseslər mövzuları daxildir.

Türkiyə və Rusiya prezidentlərinin “taxıl dəhlizi” ilə bağlı sazişin icrasını dəyərləndirəcəkləri gözlənilir.

İngilis versiyası Erdogan to visit Russia

Son xəbərlər

Orphus sistemi