Ekspert: “Rusiyalı rəsmilərin dediklərinə baxmayaraq, Ukraynada “Bayraktar” zavodu tikiləcək”

Ekspert: “Rusiyalı rəsmilərin dediklərinə baxmayaraq, Ukraynada “Bayraktar” zavodu tikiləcək” “Rusiyalı rəsmilərin dediklərinə, arzu və istəklərinə baxmayaraq, Ukraynada “Bayraktar” zavodu tikiləcək və işləyəcək”.
Region
20 Avqust , 2022 13:19
Ekspert: “Rusiyalı rəsmilərin dediklərinə baxmayaraq, Ukraynada “Bayraktar” zavodu tikiləcək”

“Rusiyalı rəsmilərin dediklərinə, arzu və istəklərinə baxmayaraq, Ukraynada “Bayraktar” zavodu tikiləcək və işləyəcək”.

Bunu “Report”un Şərqi Avropa bürosuna ukraynalı ekspert Dmitriy Qromakov bildirib.

O xatırladıb ki, bu günlərdə “Bayraktar Akıncı” şirkətinin rəhbərliyi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub. Görüş zamanı Ukrayna ərazisində “Bayraktar” zərbə pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun tikintisi ilə bağlı niyyət bir daha təsdiq olunub. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, belə bir zavodun tikintisi həyata keçirilərsə, bu, Rusiyanın hərbi əməliyyatları üçün hədəf olacaq.

“Lakin təcrübə göstərir ki, zaman keçdikcə, Rusiya raketlərinin Ukrayna Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrindən yayınaraq ölkənin dərinliklərinə zərbə endirmək imkanları azalır. Buna görə də rusiyalı rəsmilərin arzu və istəklərinə baxmayaraq, bu zavod tikiləcək və işləyəcək. Onun harada tikiləcəyi və fəaliyyət göstərəcəyi isə təminat və Ukrayna ərazilərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərindən asılı olacaq. Vaxt və yer buna əsasən müəyyən ediləcək”, - ekspert vurğulayıb.

Qromakov deyib ki, “Bayraktar”lar kifayət qədər effektivdir, buna görə də onlara tələbat böyükdür:

“Ən əsası isə onların sayı həm zavodun, həm də Ukraynanın ərazisini qorumaq üçün kifayət qədər olacaq”.

Dmitriy Qromakov
Dmitriy Qromakov

Son xəbərlər

Orphus sistemi