Mövlud Çavuşoğlu: “Türkiyədə 56 ölkədən olan xilasedicilər fəaliyyət göstərir”

Mövlud Çavuşoğlu: “Türkiyədə 56 ölkədən olan xilasedicilər fəaliyyət göstərir” “56 ölkədən olan işçilər ölkəmizdə fəaliyyət göstərirlər”.
Region
9 Fevral , 2023 15:52
Mövlud Çavuşoğlu: “Türkiyədə 56 ölkədən olan xilasedicilər fəaliyyət göstərir”
Mövlud Çavuşoğlu

“Ölkəmizdə 56 ölkədən olan xilasedicilər fəaliyyət göstərirlər”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, dəstək üçün dünya ölkələrinə və beynəlxalq qurumlara təşəkkür edib: “Bu gün Türkiyədə müxtəlif ölkələrin xilasediciləri, həkimləri var. Bəziləri çox uzaqdan gəlirlər. Yaxın 24 ərzində də xilasedicilər Türkiyədə olacaq”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 014 nəfər ölüb, 63 794 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi