Çavuşoğlu: “3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək”

Çavuşoğlu: “3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək” "Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".
Region
206
19 Dekabr , 2021 15:50
Çavuşoğlu: “3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək”

"Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.

Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb:

"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".

Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib.

Son xəbərlər

Orphus sistemi