Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığı olacaq.
Region
1 Aprel , 2022 19:00
Ərdoğanla Putin arasında telefon danışığı olub

Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.

Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.

Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

17:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vldimir Putin arasında telefon danışığı başlayıb. 

“Report” xəbər verir ki, məlumatı “Ahaber” yayıb.

14:02

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığı olacaq.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığı olacağını təsdiqləyib.

“Bu gün Putinin bir neçə beynəlxalq telefon danışğı olacaq. Bizim Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, ötən gün, martın 31-də R.T.Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışğı olub.

Son xəbərlər

Orphus sistemi