USAID rəhbəri tənqid edilib: Ermənistan iqtisadiyyatının inkişafı anti-Rusiya sanksiyalarının pozulması ilə bağlıdır

USAID rəhbəri tənqid edilib: Ermənistan iqtisadiyyatının inkişafı anti-Rusiya sanksiyalarının pozulması ilə bağlıdır Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.
Region
11 İyul , 2024 19:13
USAID rəhbəri tənqid edilib: Ermənistan iqtisadiyyatının inkişafı anti-Rusiya sanksiyalarının pozulması ilə bağlıdır

Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.

“Report” xəbər verir ki, USAİD-in rəhbəri Samanta Pauer “X” sosial şəbəkəsindəki hesabında Ermənistanı iqtisadi artımı münasibətilə təbrik edərək, 2018-ci ilin Məxməri İnqilabından sonra artımın 30% olduğunu qeyd edib.

T.Kuzio isə öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında USAİD-in rəhbərinə cavab verib və ona analitiklər qrupunu dəyişməyi məsləhət görüb.

T.Kuzio qeyd edib ki, Ermənistan iqtisadiyyatının inkişafı bu müddət ərzində ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır: “Buna görə sual yaranır ki, ABŞ rəsmisi niyə Ermənistanı Qərb sanksiyalarının pozulması münasibətilə təbrik edir?”

Son xəbərlər

Orphus sistemi