"Zəngəzur" UEFA Regionlar Kubokunda "İstanbul"a da uduzub

Futbol
  • 24 noyabr, 2026
  • 17:57
Zəngəzur UEFA Regionlar Kubokunda İstanbula da uduzub

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci matçını keçirib.

"Report"un məlumatına görə, 7-ci qrupda yer alan komanda II turda Türkiyənin "İstanbul" kollektivi ilə üz-üzə gəlib.

Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zəngəzur" I turda Polşanın "Dolnoşlyonski" komandasına 0:12 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.