Britaniya kəşfiyyatı: "Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib"

Britaniya kəşfiyyatı: "Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib" “Rusiya “Slava” sinfinə aid “Moskva” kreyserinin batdığını etiraf edib. Rusiyanın Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” həm komanda gəmisi, həm də hava hücumundan müdafiə qovşağı kimi mühüm rol oynayıb”
Region
15 Aprel , 2022 09:15
Britaniya kəşfiyyatı: Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib

“Rusiya “Slava” sinfinə aid “Moskva” kreyserinin batdığını etiraf edib. Rusiyanın Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” həm komanda gəmisi, həm də hava hücumundan müdafiə qovşağı kimi mühüm rol oynayıb”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Sovet dövründən qalma gəmi Rusiya donanmasında “Slava” sinifli üç kreyserdən biri idi. Əvvəlcə 1979-cu ildə istismara verilən “Moskva” öz qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş geniş təmir işlərini tamamlayıb və yalnız 2021-ci ildə işlək vəziyyətə qayıdıb.

Bu insident o deməkdir ki, Rusiyanın Ukraynaya hərbi müdaxilədən sonra iki mühüm hərbi dəniz obyektləri ziyana uğrayıb. Onlardan birincisi martın 24-də “Alliqator” sinfinə məxsus “Saratov” desant gəmisi olub. Hər iki olay Rusiyanı Qara dənizdəki mövqelərinə yenidən baxış keçirməyə vadar edəcək”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi