Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib.
Region
19 May , 2024 11:40
Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında, Minsk rayonunun Privolnı qəsəbəsi yaxınlığında baş verib. İlkin məlumata görə, “Toyota” markalı avtomobilin 33 yaşlı sürücüsü qarşıdan gələn zolaqla hərəkətdə olarkən 32 yaşlı Minsk sakininin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.

Olayda hər iki avtomobil yanıb. Sürücülər hadisə yerində keçiniblər.

Son xəbərlər

Orphus sistemi