Belarus koronavirusa yoluxanların sayına görə Sinqapuru ötdü

Region
  • 15 may, 2020
  • 13:45
Belarus koronavirusa yoluxanların sayına görə Sinqapuru ötdü

Belarusda ötən sutkada 958 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış yoluxma hallarının sayı 27 730 nəfərə çatıb.

Nazirlik açıqlamasında indiyədək müşayiət edən xəstəlikləri olan 156 xəstənin öldüyü, 8 807 nəfərin isə koronavirusdan sağaldığı vurğulanıb.

Qeyd edək ki, Belarus koronavirusa yoluxma hallarına görə Sinqapuru da geridə qoyub. Belə ki, Cənub-Şərqi Asiya ölkəsində indiyədək 26 891 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.